El LOGISTICS GROUP Xİdmətlər

Daşınacaq yüklərin növləri və müxtəlif yük qatarlarının istifadəsi

El logistics group

El Logistics group Taralı-Qablaşdırılmış yüklər

Bu kateqoriyaya daşınması üçün tara və qablaşdırmadan istifadə edilən malların nomenklaturaları daxildir. Atmosfer təsirlərindən, xüsusən də yağıntılardan qorunmalı olduqları üçün daşınma qapalı vaqonlardan istifadə etməklə həyata keçirilir.

El logistics group

El Logistics group Maye yüklər

Belə yüklərin öz taraları olmadığından, maye yüklərin daşınması sisternalar/çənlər vasitəsilə həyata keçirilir. Maye yüklər üçün xüsusi tank konteyner isə dəmir yolu vasitəsilə həm müxtəlif növ maye məhsulların, həmçinin təhlükəli maye maddələrin və qazın təzyiq altında daşınması üçün istifadə olunur. Üstəlik, məsələn, qaz tankları (qaz üçün tank-konteynerlər) yalnız bu məqsədlər üçün istifadə olunur. Müvafiq olaraq, saxlama da xüsusi rezervuarlarda aparılır.

El logistics group

El Logistics group Toplu/Tarasız yüklər

Toplu/tarasız yüklərin daşınması zamanı, taralı-qablaşdırılmış yüklərdən fərqli olaraq iqlim dəyişikliklərindən narahat olmağa dəyməz. Lakin bu, onların əsas fərqləndirici xüsusiyyəti deyil. Toplu/Tarasız yüklər yüklənərkən yerlərin uçotu aparılmır. Yəni onlar toplu şəkildə daşınır, bunun üçün yarımvaqonlardan və yük platformalarından istifadə olunur.

El logistics group

El Logistics group Səpələnən yüklər

Səpələnən dedikdə, toplu şəkildə daşınan malların növləri nəzərdə tutulur. O cümlədən taxıl, mineral gübrələr və sement də bu növlərə daxildir. Bununla belə, toplu yüklərdən fərqli olaraq, səpələnən yüklər yağışdan mənfi təsirlənirlər. Daşınma səpələnən yüklər üçün nəzərdə tutulan vaqonlarla həyata keçirilir və bu da, vaqon-hopper (taxıldaşıyan) və ya qapalı vaqon kimi vasitəsilərdir.

El logistics group

El Logistics group Daşıma növləri

İntermodal, yəni təkrar yüklənməyən daşımalar. Məsələn, maye yüklərin tank-konteynerdə ixrac və ya idxalı zamanı baş verir. Onların əsas xüsusiyyəti odur ki, yükboşaltma məntəqəsində yük tutumu ilə yüklər bir nəqliyyat növündən digərinə keçirilir.

Multimodal daşımalar, yəni yenidən yüklənən, beynəlxalq daşımalar dəmiryol stansiyalarında vaqon partiyalarının boşaldılıb yüklənməsi ilə həyata keçirilir.

El logistics group

EL LOGISTICS GROUP şirkəti həmçinin, sizə malların gəliş və gediş məntəqələrində terminal ekspeditorluq xidmətini də təklif edir.

Dəmir yolu daşımalarında tariflər nədən asılıdır
Yükün növü

Hər bir halda onun xarakteristikaları, o cümlədən ümumi çəkisi və xüsusi əlamətləri böyük əhəmiyyət kəsb edir. Buraya yüklərin təhlükə səviyyəsinə görə təsnifatı da daxildir.

Daşıma üçün tələb olunan vaqonların sayı və növü (platformalar, yarımvaqonlar, qapalı vaqonlar, sisternalar). Həmçinin, məhsulların qablaşdırılması qaydaları da nəzərə alınmalıdır.

Gediş marşrutu, yəni hərəkətin hansı ölkədən və hansı ölkəyə həyata keçirildiyi, yükboşaltma məntəqələrinin mövcudluğu. Təbii ki, bütün bunlar daşıma qaydalarına riayət etməklə hesablanır.

Çatdırılma müddəti və nəticə olaraq qatarın sürəti. Əgər yüksək sürət tələb olunursa, bu qiymət artımına səbəb olur.

Daşıma üçün partiyanın qiyməti və əlavə xidmətlərin göstərilməsi zərurəti (sığorta, ekspeditorluq, gömrük rəsmiləşdirilməsi, sertifikatlaşdırma).

Beynəlxalq dəmir yolu daşımalarını həyata keçirərkən EL LOGISTICS GROUP münasib qiymətə sizə həm əməliyyatın təhlükəsizliyinə, həm də xidmətlərin keyfiyyətinə zəmanət verir.

Gerİyə Yuxarı
Close Zoom