El LOGISTICS GROUP Şİrkət haqqında

Haqqımızda

Biz, bazarın fərqli seqmentlərində şirkətin yüksək rəqabət qabiliyyətini və lider mövqelərini təmin edən əsas səlahiyyətlərini təkmilləşdirilmək və inkişaf etdirmək niyyətindəyik

Çox vaxt yüklərin müxtəlif ölkələrdən daşınması üçün ən münasib seçim beynəlxalq dəmir yolu nəqliyyatına düşür. Təsadüfi deyil, çünki bu, yüklərin çatdırılmasının ən etibarlı, sürətli və ucuz yoludur. Xüsusilə də nəqliyyat xidmətlərini özünü sübut etmiş və etibarlı logistika şirkəti öhdəsinə götürərsə.
Sizi El LOGISTICS GROUP internet saytında salamlayırıq və əlverişli şərtlərlə əməkdaşlığa dəvət edirik.

Şirkətimiz 2021-ci ildə yaradılıb. Lakin, nisbətən gənc olmağımıza baxmayaraq artıq tərəfimizdən ən əlverişli logistik marşrutlardan və ən sərfəli qiymət təkliflərindən istifadə edilərək müxtəlif yüklərin daşınması üzrə böyük işlər görülmüşdür. İşimizdə əsas üstünlük səmərəlilik, etibarlılıq, qarşılıqlı fayda və uzunmüddətli əməkdaşlığa verilir.

Bu günkü gün EL LOGISTICS GROUP şirkəti dəmir yolu ilə yüklərin çatdırılması üzrə liderlərdən biridir. “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi ekspeditoru olaraq biz, tərəfdaşlarımızın idarəsində olan IV-termos, qapalı vaqon, platforma, yarımvaqon kimi bütün növ dəmir yol nəqliyyatı vasitələrindən istifadə edirik, həmçinin lazımi bütün biliklərimiz müştərilərin müxtəlif mürəkkəblikdə ehtiyaclarını qarşılamağa imkan yaradır.

Məqsədimiz - Azərbaycanda yerli və beynəlxalq nəqliyyat-logistika xidmətlərinin tam spektrini təqdim edən aparıcı şirkət olmaqdır.

Missiyamız - Yeni ideyalar və həllər yaradaraq ən yüksək səviyyədə xidmət təqdim etməklə yük daşımalarının maksimal etibarlılığını təmin etmək, həmçinin nəqliyyat-logistika xidmətləri bazarının inkişafına töhfə verməkdir.

Yük daşımaları üçün əlverİşlİ tarİflər.

Yüklər əksər təşkilatlar üçün münasib qiymətlərlə Azərbaycandan və əks istiqamətdə, dövlətlərin sərhədlərini keçərək gedir. Yəni, misal üçün, hava nəqliyyatı ilə müqayisədə, yüklərin bir nöqtədən digərinə çatdırılması xeyli ucuz başa gələcək. Təbii ki, bu, vaqonların operativ şəkildə marşrut üzrə göndərilməsi və onların hər bir yük kateqoriyası üçün düzgün növ seçməyə imkan verən müxtəlifliyi də daxil olmaqla fərqli amillərin birləşməsi ilə bağlıdır.

İstənİlən növ yüklərİn daşınması İmkanı.

Xüsusilə səpələnən yüklərin dəmir yolu ilə daşınması məşhurdur, lakin bu, tələbatda olan yeganə növ deyil.İstiqamət, partiyanın həcmi, məsafə və digər amillərdən asılı olaraq bu və ya digər metod seçiminin məqsədəuyğunluğu müəyyən edilir və şirkətimizin mütəxəssisləri tərəfindən nəqliyyat vasitəsi və ən optimal marşrut seçilərək sizə məlumat verilir. Əməkdaşlarımız, hər bir müştəriyə onun bütün istəklərini nəzərə alaraq fərdi yanaşma tapmağa malik peşəkarlardır. Komandanın idarəetmə sistemi və müntəzəm işi yüksək keyfiyyətli və vaxtında daşınmalara zəmanət verir.

Partnyorlarımız

Gerİyə Yuxarı
Close Zoom