El LOGISTICS GROUP Qalereya

Mayın 31-dən iyunun 2-dək Bakıda “TransLogistica Caspian 2023” 20-ci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Sərgisi keçirilib.

“TransLogistica” sərgisi nəqliyyat sektorunun dəmir yolu infrastrukturu, nəqliyyat və logistika xidmətləri, dəniz sənayesi, aviasiya, kommersiya nəqliyyatı və digər sahələrini birləşdirən effektiv platformadır. “TransLogistica” həm də daşıyıcıların yük sahibləri ilə görüşməsi üçün biznes platformadır, Xəzər və Transqafqaz regionlarında nəqliyyat və logistika xidmətlərinizi təşviq etmək üçün effektiv üsuldur.

Şirkətimiz artıq ikinci ildir ki, bu sərgidə fəal iştirak edir. Keçən il olduğu kimi biz informasiya stendi təqdim etdik. Bu miqyaslı sərgilərdə iştirak çox məhsuldardır, çünki TransLogistica Caspian 2023 müxtəlif ölkələrdən və regionlardan, eləcə də müxtəlif bazar seqmentlərindən olan sərgi iştirakçıları və ziyarətçilər arasında işgüzar əlaqələr və əməkdaşlıq qurmaq üçün böyük potensiala malikdir.

Gerİyə Yuxarı
Close Zoom